Kəlbəcərdə traktor aşdı, sürücü xəsarət aldı

Kəlbəcərdə traktor aşdı, sürücü xəsarət aldı

Hazırda oxunan: Kəlbəcərdə traktor aşdı, sürücü xəsarət aldı

127683

Kəlbəcər Rayon Polis Şöbəsinə rayonun Zod aşırımı adlanan ərazisinin yaxınlığında yol nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub. 
 
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bizim.Media-ya verilən xəbərə görə, dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. 
 
İlkin araşdırmalar nəticəsində məlum olub ki, Kəlbəcər rayon sakini 1968-ci il təvəllüdlü Feyruz Bayramov Naftalan şəhər Yol İdarəsinə məxsus traktor ilə qar uçqunu altında qalmış yolun açılması zamanı aşmış və nəticədə sürücü müxtəlif bədən xəsarətləri alıb.  
Dərhal sürücü hadisə yerindən çıxarılaraq xəstəxanaya yerləşdirilib və sol ayağının topuq oynağı tromotik amputasiya edilib.  

Faktla bağlı araşdırmalar davam etdirilir. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO