14 yaşlı qızla cinsi əlaqədə olanlara hökm oxundu - VİDEO 

14 yaşlı qızla cinsi əlaqədə olanlara hökm oxundu - VİDEO 

Hazırda oxunan: 14 yaşlı qızla cinsi əlaqədə olanlara hökm oxundu - VİDEO 

127669

Ötən ilin avqustunda Bərdə rayonunun Kətəlparaq kəndində 14 yaşlı qıza cinsi zorakılıq etmiş şəxslərin məhkəməsi başa çatıb. 

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan qızı hədələyərək və görüntülərini yaymaqla şantaj edərək onunla cinsi əlaqədə olan 3 nəfərə hökm oxunub.  

Kənd sakinləri olan 2003-cü il təvəllüdlü A.S. və 2005-ci il təvəllüdlü digər oğlanlar Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə təqsirli biliniblər. Onların hər birinə 5 ay müddətinə həbs cəzası verilib. 

Araşdırmalar zamanı məlum olub ki, kənddə babası ilə birgə yaşayan 14 yaşlı qız hazırlığa gedərkən oğlanların hədəsi ilə üzləşib. Onlar yeniyetmə qızı qeyri-təbii yolla cinsi əlaqədə olmağa məcbur ediblər. 

Xatırladaq ki, həmin vaxt bu hadisə ilə bağlı kənddə qarşıdurma baş vermişdi. Sakinlər və qızın qohumları oğlanların ailələrinin Kətəlparaqdan çıxıb getməsini tələb edirdilər. Baş vermiş insident Bərdə Rayon Polis Şöbəsinin müdaxiləsindən sonra aradan qaldırılmışdı. 
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO