ACE platformasının dayaq bloku suya buraxıldı - VİDEO

ACE platformasının dayaq bloku suya buraxıldı - VİDEO

Hazırda oxunan: ACE platformasının dayaq bloku suya buraxıldı - VİDEO

127639

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “STB-1” barjı ilə dənizə göndərilən "Azəri-Mərkəzi-Şərqi" (ACE) platformasının dayaq bloku təhlükəsiz şəkildə suya buraxılıb.

Bu barədə Bizim.Media ASCO-ya istinadən xəbər verir.

Qeyd etmək lazımdır ki, “Heydər Əliyev” adına Bakı Dərin Özüllər Zavodunda (BDÖZ) inşa edilmiş ACE platformasının dayaq bloku 16 mart 2023-cü il tarixində dənizə yola salınıb.

"Azəri-Mərkəzi-Şərqi" layihəsində istismar olunması üçün “STB-1” barjında ötən il zəruri modifikasiya işləri aparılıb. Barjın tələb olunan dərəcə üzrə sertifikasiyası yenilənib.

Xəzər dənizinin ən böyük barjı sayılan “STB-1”in uzunluğu 163, eni 45 metr, göyərtəyə yükgötürmə qabiliyyəti 18000 tondur.
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO