Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada iftar verildi

Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada iftar verildi

Hazırda oxunan: Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada iftar verildi

127570

Moskvada təşkil olunmuş “Ramazan çadırı” tədbiri çərçivəsində “Azərbaycan günü” keçirilib, qonaqlar üçün iftar verilib.

Bizim.Media xəbər verir ki, tədbir Heydər Əliyev Fondunun təşkilatçılığı ilə baş tutub.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin humanitar proqramlar üzrə rəhbəri Tamilla Əhmədova Ramazan çadırında iftarın təşkil edilməsinin yeddi ildir davam edən ənənəyə çevrildiyini deyib:

“Müqəddəs Ramazan ayı bütün müsəlmanlar üçün çox əziz aydır. Şadam ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü, Fondun nümayəndəliyinin təşkilatçılığı ilə iftar təşkil edilir. Biz Moskva Müsəlmanları Ruhani İdarəsi ilə uzun müddətdir ki, əməkdaşlıq edirik və ümid edirəm ki, əməkdaşlığımız gələcəkdə də davam edəcək”.

Öz növbəsində, Moskva müftisinin müavini Marat Həzrət Arslanov belə gecələrin keçirilməsinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, bunun sayəsində insanlar Azərbaycan mədəniyyəti ilə tanış olur, bundan sonra onlarda bu ölkəyə səfər etmək həvəsi yaranır.
Moskvadakı Müsəlman məktəbinin direktoru Anas Həzrət Məmmədov vurğulayıb ki, belə tədbirlərin keçirilməsi hər kəsə Azərbaycanın adət-ənənəsi və mədəniyyəti ilə yaxından tanış olmaq imkanı verir.

O əlavə edib ki, Azərbaycan Qarabağ müharibəsində qələbə çaldıqdan sonra insanlar ölkə haqqında daha çox öyrənmək istəyirlər.

“Biz uzun illər işğal altında olan torpaqları azad edən şəhidlərimizə hər zaman minnətdar olacağıq”, - o fikrini tamamlayıb.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO