Yasamalda ictimai iaşə müəssisəsində nöqsanlar AŞKARLANDI 

Yasamalda ictimai iaşə müəssisəsində nöqsanlar AŞKARLANDI 

Hazırda oxunan: Yasamalda ictimai iaşə müəssisəsində nöqsanlar AŞKARLANDI 

127528

Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi 42-44 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Həsənov Yusif Rafiq oğluna məxsus ictimai iaşə müəssisəsində plandankənar yoxlama həyata keçirilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. 

Bildirilib ki, yoxlama zamanı müəssisədə texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, işçilərin dövri tibbi müayinədən keçmədiyi müəyyən edilib. Həmçinin dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərinə dair müqavilə ilə akt yoxlamaya təqdim olunmayıb. 

Aşkarlanmış pozuntularla bağlı müəssisənin sahibi inzibati qaydada məsuliyyətə cəlb edilib.

Həmçinin müəssisədə istehsalın dayandırılması ilə bağlı məhdudlaşdırıcı qərar qəbul olunub. Eyni zamanda müəssisənin rəhbərliyinə icrası məcburi göstərişlər verilib və qanunvericiliyin tələbləri izah edilib. 

AQTA əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsi sahəsində mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO