Xəbər verildiyi kimi Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayevə Ağ şəhər bulvarında müsahibə üçün imkan yaradılmayıb. Deputat hələ də Bulvar İdarəsinin rəhbərindən üzrxahlıq gözləyir və buna nail olacağını qeyd edib.
Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən deputat ötən gün Ağ şəhər bulvarında baş verənlərdən psixoloji zərbə aldığını bildirib:
“Məsələ olduğu kimi də qalır. Mən üzrxahlıq zəngi gözləyirəm, hələki yoxdur. Milli Məclisin deputatına, Milli Cəbhə Partiyasının sədrinə, xalqın daim keşiyində dayanan və dövlətçiliyi qoruyan, bütün ağrılı məsələlərdə sinəsini qabağa verib ölkəsini qorumağa çalışan bir deputata, siyasətçiyə və insan hüquqlarını qoruyan şəxsə Bulvarda müsahibə vermək qadağan edilib.
Bunu kim və nəyə görə edib, onu aydınlaşdırmağa çalışıram. Qadağanı kim qoyub, kim imzalayıb və kim həyata keçirib? Yazılı qadağa varmı? Ümumiyyətlə orada işləyənlər anlayırlarmı ki, onlar nə qədər böyük yalnışlığa və səhvə yol veriblər? Onlar ümumiyyətlə bilirlərmi ki, parlament nə deməkdir və parlamentin üzvü kimdir? İnsan hüquqları komitəsi nə deməkdir? Özlərinin şəxsi obyekti, yoxsa evi kimi ora yanaşırlar? Bu suallara cavab versələr çox yaxşı olar.
Hər halda dövlətimiz üçün bu suallara cavab tapmaq lazımdır. Söhbət tək məndən getmir. İstəmirəm ki, dövlətimizn adına nəsə gəlsin? Kimlərinsə savadsız hərəkəti və ya vəzifəsini düzgün yerinə yetirməməsi ucbatından bunlar yaşansın. Oy səhvini bilənlər də bundan dərs çıxarıb, üzr istəməyi öyrənsinlər”.
Deputat əlavə edib ki, bu məsələ çox şişib və dövlət orqanlarından da mənə zənglər olub:
“Bulvar İdarəsi də gözləmədikləri duruma düşüb. Mən ağır psixoloji zərbə almışdım. Hesab edirəm ki, ondan da ağır psixoloji zərbəni indi onlar alırlar. Amma bu, bəs deyil. İnsanlar da bilməlidir ki, məsələnin sonu necə bitəcək. Mənə yaraşmaz ki, onlarla davaya və ya məhkəməyə çıxım. Amma mən onlardan haqlı olaraq üzrxahlıq gözləyirəm və buna da nail olacağam”.
Bulvar İdarəsindən isə Bizim.Media-ya Milli Məclisin deputatı Razi Nurullayevin Ağ Şəhər Bulvarında müsahibəsinə çətinlik yaradılmadığı bildirilib.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:15 / 27.03.2023
Bulvarda müsahibəsinə imkan verilməyən Razi Nurullayev – “Ağır psixoloji zərbə almışam”
Hazırda oxunan: Bulvarda müsahibəsinə imkan verilməyən Razi Nurullayev – “Ağır psixoloji zərbə almışam”
Hazırda oxunan: Bulvarda müsahibəsinə imkan verilməyən Razi Nurullayev – “Ağır psixoloji zərbə almışam”
127487
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.