Bakı şəhərində fəaliyyət göstərən 124 saylı məktəbdə Novruz bayramına dair keçirilən mərasimdə direktor Adil Əliyev qırmızı rəngli xalat geyinərək, başına kral tacı qoyub.
Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
Belə ki, direktor məktəbin akt zalına daxil olan zaman şagirdlər sıraya düzülüblər.
Onun müavinləri isə şagirdlərə “Qalxın, Ertoğrul bəy gəlir” deyə göstəriş veriblər. Görüntülər sosial şəbəkədə birmənalı qarşılanmayıb.
Xatırladaq ki, “Ertoğrul” obrazı “TRT 1” telekanalında yayımlanan “Diriliş Ertoğrul” serialındandır.
Bizim.Media