Üzüdönükləri unutmaqla cəzalandıran bürclər hansıdır? - Dörd ZƏRİF QİSASÇI  

Üzüdönükləri unutmaqla cəzalandıran bürclər hansıdır? - Dörd ZƏRİF QİSASÇI  

Hazırda oxunan: Üzüdönükləri unutmaqla cəzalandıran bürclər hansıdır? - Dörd ZƏRİF QİSASÇI  

127476

Unutmaq heç də hamı üçün asan məsələ olmur. Xüsusilə də, romantik münasibətlərdə. Bəzi insanlar ayrılsalar belə, keçmiş sevgililərini unuda bilmirlər. Elə şəxslər də var ki, ayrıldıları gün keçmişi geridə qoyub, həyatlarında asanlıqla yeni səhifə aça bilirlər. Təbii ki, bürclərin də keçmiş münasibətlərini unutmaq məsələsində insanlar üzərində ciddi təsiri var.

Bizim.Media keçmiş sevgililərini asanlıqla unudan bürclərin siyahısını təqdim edir:

Qoç

Bu bürcün nümayəndələri tərs və qürurlu insanlardır. Onlar üçün öz düşüncələri və mühakimələri hər zaman ön planda qərarlaşır. Bu səbəbdən dolayı, sevgi münasibətlərini uzun müddət davam etdirməkdə çətinliklər yaşayırlar. Əgər onların qəlbini, qürurunu qırsanız münasibəti həmin andaca bitirirlər. Belə olan hallarda qoçlar keçmişə dönüb baxmır, hisslərindən asanlıqla imtina edə bilirlər.

Tərəzi 

Tərəzilər hər nə qədər keçmiş sevgililərini, onunla yaşadıqlarını uzun müddət xatirələrində saxlasalar da, sevgilərini sıfırlamaq məsələsində çətinlik çəkmirlər. Münasibəti bitirdiyi anda sevgi də onlar üçün bitir. Onlar asanlıqla yeni səhifə açıb, yeni münasibətlərə yelkən aça bilirlər.

Qız

Çox bəlli etməsələr də, bu bürcün nümayəndələri də duyğuları ilə hərəkət edən insanlardır. Onlar münasibətdə sevgini hər zaman ön planda saxlayırlar. Sədaqət qızlar üçün önəmlidir. Onlar münasibətlərini asanlıqla bitirməyi bacarmırlar. Ancaq ayrıldıqdan sonra da unutmaq məsələsində elə də çətinlik çəkmirlər. Buna görə də qızların sevməyi bacarmadığı ilə bağlı fikirlər formalaşır.

Dolça

Bu bürcün nümayəndələri vəziyyətə asanlıqla adaptasiya olmağı bacarırlar. Münasibəti qarşı tərəf bitirdikdə unutmaqda çətinlik yaşasalar da, ayrılıq qərarını özləi verdikdə yeni səhifə açmaqada heç bir problem yaşamırlar. Qarşı tərəf münasibəti bitirdikdə isə hisslərindən imtina etməyi bacarsalar da, hansı yanlışların ayrılığa səbəb olduğunu bir müddət düşünməyə davam edirlər.

Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO