Qusar Şəhidlər Xiyabanındakı KOBUD SƏHV - İcra Hakimiyyəti HƏRƏKƏTƏ KEÇDİ

Qusar Şəhidlər Xiyabanındakı KOBUD SƏHV - İcra Hakimiyyəti HƏRƏKƏTƏ KEÇDİ

Hazırda oxunan: Qusar Şəhidlər Xiyabanındakı KOBUD SƏHV - İcra Hakimiyyəti HƏRƏKƏTƏ KEÇDİ

127453

Sosial şəbəkələrdə Qusar şəhərindəki Şəhidlər Xiyabanı ilə bağlı utancverici mənzərə paylaşılıb. Fotoda görünür ki, məşhur beytdəki “Bayraqları bayraq yapan üstündəki qandır, Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir” sözlərindən istifadə edilərkən ciddi səhvə yol verilib. 

Beləki, həm “əgər”sözü unudulub. Bundan başqa “Torpaq” sözündən sonra vergül əvəzinə tire işarəsi qoyulub. Eləcə də “varsa” sözündən sonra vergül qoyulması da yaddan çıxıb.

Məsələ ilə bağlı Qusar rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra başçısının birinci müavini Şahid Fərəməzov Bizim.Media-ya bildirdi ki, vəziyyətdən xəbərsizdir:

“Sizin məlumatınızdan sonra məsələni araşdıracağıq. Baş vermiş yanlışlıq aradan qaldırılacaq. Hazırda bu işə məsul olan dizayenrimiz Bakıdadır, çalışacağıq ki, sabah qüsuru aradan qaldıraq. Və Sizə əlavə məlumat veriləcək”.
Biz isə öz növbəmizdə məsələni diqqətdə saxlayacağıq.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO