Yeni nazir müavini təyin olunan Vüqar Mustafayev kimdir? - DOSYE 

Yeni nazir müavini təyin olunan Vüqar Mustafayev kimdir? - DOSYE 

Hazırda oxunan: Yeni nazir müavini təyin olunan Vüqar Mustafayev kimdir? - DOSYE 

127418

Xəbər verdiyimiz kimi, Vüqar Mustafayev Azərbaycanda müdafiə sənayesi nazirinin müavini vəzifəsinə təyinat olub. 

Bizim.Media yeni nazir müavininin dosyesini təqdim edir: 

Vüqar Valeh oğlu Mustafayev 1986-cı ildə Bakıda anadan olub. 

O, 2004-2008-ci illərdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında "Mühəndis iqtisadiyyatı və idarəetmə" (Menecment) ixtisası üzrə bakalavr, 2010-2013-cü illərdə isə Xəzər Universitetində "Maliyyə və kredit" ixtisası üzrə magistr təhsili alıb, “Biznesin idarə edilməsi" (MBA) dərəcəsi əldə edib. 
 

MÖVZU İLƏ BAĞLI:

Mədət Quliyevə yeni müavin TƏYİN OLUNDU - FOTO


V.Mustafayev əmək fəaliyyətinə 2006-2008-ci illərdə müxtəlif şirkətlərdə Təlim Koordinatoru, maliyyə və mühasibatlıq üzrə mütəxəssis işləməklə başlayıb, 2009-2012-ci illərdə “Ernst & Young" beynəlxalq audit şirkətində baş mütəxəssis, 2012-2014-cü illərdə "Azerfon" MMC-də Daxili audit departamentinin direktoru kimi fəalliyyət göstərib. 

Yeni nazir müavini 2014-2022-ci illərdə isə "PAŞA Holdinq" MMC və ona daxil olan şirkətlərdə müxtəlif vəzifələrdə çalışıb, o cümlədən "PAŞA Sığorta" və "PAŞA Həyat Sığorta" ASC-lərin Təftiş Komissiyalarının sədri olub. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO