Ağsunun qaz problemi necə həll OLUNACAQ?

Ağsunun qaz problemi necə həll OLUNACAQ?

Hazırda oxunan: Ağsunun qaz problemi necə həll OLUNACAQ?

127383

Ağsunun Padar kəndində istismar müddəti başa çatan qaz xətləri yenilənir.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, Ağsu rayonunun Padar kəndində istismar müddəti başa çatan qaz xətlərinin əvəzlənməsi işləri həyata keçirilir.

Torpaqla təmasda olan korroziyaya uğrayan qaz xətləri dayaqlar üzərinə qaldırılır, qapı keçidləri quraşdırılır.
Qaz xəttinin çəkilişi ilə paralel olaraq dayaqlar betonlanır və boya işləri də icra olunur. 

SOCAR “Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, yeni xətlərin çəkilişi yekunlaşdıqdan sonra xeyli abonentin qaz təchizatı yaxşılaşdırılacaq.

Qeyd edək ki, qaz kəmərlərinin və avadanlıqların yenidən qurulması istiqamətində genişmiqyaslı işlər bundan sonra da davam etdiriləcək.

Aqil Əsədov, Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO