“İlahi, məni fərmanına baş əyən saleh bəndələrindən və yaxın dostlarından qərar verməni diləyirəm”.
Bizim.Media Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, Müqəddəs Ramazan ayının 6-cı gününün cədvəlini və duasını təqdim edir:
MÖVZU İLƏ BAĞLI:
Orucluqda necə qidalanmalı? - Türkiyəli mütəxəssislərdən XƏBƏRDARLIQ
06 Ramazan 1444 – 28 mart 2023
İmsaq: 05:05
İftar: 19:14
Ramazan ayının 6-cı gününün duası:
"Allahummə la təxzulni fihi li-təərrüzi mə-siyətik. Və la təzribni bisiyati nəqimətik. Və zəhzihni fihi min mucibati səxətik. Bimənnikə və əyadikə ya muntəha rəğbətir-rağibin".
Tərcüməsi:
"İlahi, bu gün sənə qarşı etdiyim günahlara görə məni rüsvay etmə. Məni intiqam taziyanələrinlə vurma. Bu gün sənin qəzəbinə səbəb olan işlərdən məni uzaq et. Bəxşiş və nemətlərinə and verirəm, ey şövqlü şəxslərin arzusunun müntəhası!"
Oruc tutanlar hər ehtimala qarşı imsaq üçün göstərilən vaxtdan 10-15 dəqiqə əvvəl yemək, içmək və s. orucu batil edən əməlləri tərk etməlidir. Belə ki, cədvəllərdə olan fərqlilik bu addımı zəruri hala gətirir.
Digər şəhərlər üçün Bakı vaxtına edilən əlavələr:
Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şəbran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənləran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Merneulli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +18, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9
Allah orucunuzu qəbul etsin!
Surxay Atakişiyev, Bizim.Media