Cəlilabadda 12 ailənin yaşadığı binada yanğın oldu - VİDEO

Cəlilabadda 12 ailənin yaşadığı binada yanğın oldu - VİDEO

Hazırda oxunan: Cəlilabadda 12 ailənin yaşadığı binada yanğın oldu - VİDEO

127350

Cəlilabad rayonunda 12 ailənin yaşadığı binada yanğın olub.

Bizim.Media xəbər verir ki, hadisə Zərifə Əliyeva küçəsində qeydə alınıb.

Yanğın ümumi sahəsi 688 kvadratmetr olan ikimərtəbəli yaşayış binasının ikinci mərtəbəsində, 1975-ci il təvəllüdlü Rafiq Orucovaya məxsus mənzildə başlayıb.

Hadisə yerinə Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin iki texnikası və canlı qüvvəsi cəlb olunub.

Sakinlər binadan təxliyyə ediliblər. Qısa müddət ərzində yanğın tam söndürülüb.

İlkin məlumata görə, yanğın nəticəsində 30 kvadratmetr ərazi yanıb.

Hadisə vaxtı ev sahibi mənzildə olmayıb.

Yanğına elektrik xəttlərində baş verən qısaqapanmanın səbəb olduğu ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO