Qubada 31 mart Soyqırımı ilə bağlı tədbirlərə start verildi - FOTO

Qubada 31 mart Soyqırımı ilə bağlı tədbirlərə start verildi - FOTO

Hazırda oxunan: Qubada 31 mart Soyqırımı ilə bağlı tədbirlərə start verildi - FOTO

127279

Qubada 31 mart - azərbaycanlıların Soyqırımı günü ilə bağlı silsilə tədbirlərə start verilib. 

Bizim.Media xəbər verir ki, bu günkü tədbir dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının yüzilliyinə və ermənilərin Quba qəzasında törətdiyi dəhşətli soyqırımın 105 illiyinə həsr olunub.  

Quba şəhərindəki “Soyqırımı Memorial Kompleksi”ndə 2023-cü il “Heydər Əliyev ili” və 1918-ci il azərbaycanlılara qarşı törədilmiş soyqırımın 105-ci ildönümü ilə əlaqədar “Ulu Öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli “Azərbaycanlıların soyqırımı haqqında” fərmanın tarixi əhəmiyyəti” adlı konfrans keçirilib.
Konfrans Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”,  Azərbaycan Pedoqoji Universitetinin Quba filialı,  S.C.Pişəvəri adına Respublika Humanitar Fənnlər Gimnaziyası və Quba Fizika,  Riyaziyyat və İnformatika Təmayüllü Liseyinin birgə təşkilatçılığı ilə həyata keçirilib. 

Tədbirdən öncə iştirakçılar 31 mart soyqırımı abidəsini ziyarət edərək Kompleksin “Muzey” bölməsi ilə tanış olublar. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan Konfransda iştirakçılar Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri giriş sözü ilə açan Memorial Kompleksin direktoru Dr. Rəxşəndə Bayramova Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının inkişafında, onun tarixi həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında göstərdiyi misilsiz xidmətlərdən söz açıb.

Daha sonra Azərbaycan Pedoqoji Universitetinin Quba filialının rektoru fizika elmləri namizədi dosent Yusif Aliyev, S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının direktoru İlqar Orucov və Quba Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyinin direktoru Kamran Əliyev çıxış edərək tarixən erməni qəsbkarları tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımlara Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə hüquqi-siyasi qiymət verildiyini qeyd ediblər.

Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya,  Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri Qəhrəman Ağayev  də çıxış edib.

O ermənilərin 105 il əvvəl Quba  qəzasında törətdiyi dəhşətli soyqrımın dünya səviyyəsində tanınmasında Heydər Əliyevin imzaladığı 1998 - ci il sərəncamının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb və bu istiqamətdə ölkədə gedən məqsədyönlü işlər görüldüyünü vurğulayıb.

30-a yaxın məruzəçinin çıxış etdiyi konfransın sonunda tədbir iştirakçılarına sertifikatlar təqdim olunub.



Aytəkin Alxaslı, Bizim Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO