BİZİM TƏQVİM: Bu gün Milli Qəhrəmanlar günüdür

BİZİM TƏQVİM: Bu gün Milli Qəhrəmanlar günüdür

Hazırda oxunan: BİZİM TƏQVİM: Bu gün Milli Qəhrəmanlar günüdür

127105

1992-ci ilin bu günü “Azərbaycan milli qəhrəmanı” adı rəsmiləşdirilib və ilk dəfə 1992-ci ilin iyununda 23 nəfər həmin fəxri ada layiq görülüb. Bu fəxri ad Azərbaycan Respublikasının müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətlərə görə verilir. 

Bəs, 25 martda dünyada daha hansı hadisələr baş verib? 

1. Eramızın 421-ci ilinin bu günü Venesiya şəhərinin əsası qoyulub.

2. 1944-cü ilin 25 mart tarixində azərbaycanlı Əli Babayevin başçılığı ilə İtaliya partizanları Udine şəhərindəki faşist həbsxanasına hücum edərək xeyli əsiri, o cümlədən 147 sovet vətəndaşını azadlığa buraxıblar. Əli Babayevə bu qəhrəmanlığına görə İtaliyanın ən yüksək mükafatı olan “Döyüş şöhrəti” ordeni verilib. 

3. 1951-ci ilin 25 martında İstanbulda Neve Şalom Sinaqoqu açılıb.

4. 25 mart 1957-ci ildə İtaliyanın paytaxtında bir araya gələn Fransa, Almaniya, İtaliya, Belçika, Niderland və Lüksemburq Avropa İqtisadi Birliyi və Avropa Atom Enerjisi Birliyinin yaradılması haqqında Roma Müqaviləsini imzalayıb.

5. 1975-ci ilin 25 martında Səudiyyə Ərəbistanının kralı Faysal əqli qüsuru olan qardaşı oğlu şahzadə Faysal bin Musad tərəfindən Riyadda öldürülüb.

6. 1986-ci ilin 25 martında XIV Strasburq Film Festivalında Müəmmər Muxtarın "Bir ovuc cənnət" və Əli Özgentürkün "Gözətçi" adlı filmləri ikinci yeri qazanıblar.

7. Martın 25-i Beynəlxalq İdman Kinosu Günüdür. Beynəlxalq İdman Kinosu Günü məşhur gürcü rejissoru Aleksandr Jqentinin təşəbbüsü, Beynəlxalq Olimpiya Komitəsi, Beynəlxalq İdman Kinosu və Televiziyası Federasiyasının qərarı ilə 2002-ci ildən qeyd olunur. 

8.  2007-ci ilin 25 martında Azərbaycan Vikipediyasında 1000-ci istifadəçi qeydiyyatdan keçdi.

25 martda həm də bu tarixi şəxsiyyətlər xatırlanır

1. Türkiyədə Böyük Birlik Partiyasının qurucusu və ilk sədri Muhsin Yazıcıoğlu 25 mart 2009-ci ildə partiyasının icarəyə götürdüyü vertolyotun qəzaya uğraması nəticəsində həyatını itirib. 

2. Azərbaycanlı rəssam Aydan Salahova 25 mart 1964-cü ildə dünya şöhrətli rəssam Tahir Salahovun ailəsində dünyaya göz açıb. Salahovanın əsərləri Tretyakov qalereyasında, Moskva Müasir İncəsənət Muzeyinin kolleksiyalarında, Roma və Nyu-York qalereyalarında saxlanır.

3. Azərbaycan rəngkarı, karikaturçu və illüstrasiya ustası, Əməkdar incəsənət xadimi Nəcəfqulu 1990-cı ilin bu günündə dünyasını dəyişib.

4. Tanınmış bəstəkar, pedaqoq və xalq artisti Cahangir Cahangirov 25 mart 1992-ci ildə vəfat edib.

5. Azərbaycan bəstəkarı, dosent, əməkdar incəsənət xadimi İsmayıl Hacıbəyov 25 mart 2006-cı ildə dünyadan köçüb.

6. Kinorejissor, kinodramaturq, nasir, əməkdar incəsənət xadimi, professor, elmlər doktoru və xalq artisti Tofiq İsmayılov 25 mart 2016-cı ildə vəfat edib.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO