Ekoaksiya: Laçın-Xankəndi yolu humanitar məqsədlərlə istifadə olunan avtomobillər üçün açıqdır

Ekoaksiya: Laçın-Xankəndi yolu humanitar məqsədlərlə istifadə olunan avtomobillər üçün açıqdır

Hazırda oxunan: Ekoaksiya: Laçın-Xankəndi yolu humanitar məqsədlərlə istifadə olunan avtomobillər üçün açıqdır

127059

Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edir. 

Bizim.Media xəbər verir ki, Laçından Xankəndi istiqamətə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus bir evakuasiya, üç təminat-təchizat, bir tibbi yardım və dörd minik avtomobil aksiya ərazisindən maneəsiz keçib. 

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər.

Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO