Şəhid Elmar Şirinovun anası Amana Nəsirovaya qarşı dələduzluq edilib.
Bizim.Media xəbər veri ki, bunu paylaşımında ictimai fəal, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun aparıcı elmi işçisi Elyar İslamoğlu qeyd edib.
Onun sözlərinə görə özünü jurnalist kimi təqdim edən Bəxtiyar adlı şəxs onu televiziyadan çəkiliş göndərmək adıyla şəhid anasını aldadaraq 200 manatını mənimsəyib.
"Ana deyir ki, bu adam şəhid ailələrinə gedir, özünü canıyanan kimi göstərir, sonra onların etibarından sui-istifadə edir. Adını Bəxtiyar deyərək, özünü Ağdam qaçqını kimi tanıdıb. Əgər doğrudan da Ağdamlıdırsa, onda şəhidlərin haqqı bu adama haram olsun.
Torpağını, dədə-baba yurdunu düşməndən azad edən şəhidin anasını aldatmaq rəzillikdir. Dostluğumdakı ağdamlılar, şəhid anasını aldadan bu adamı tanıyırsınızsa, üzünə tüpürün. Şəhid anasından üzr istəyib pulunu özünə qaytarsın", - deyə Elyar İslamoğlu qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:55 / 24.03.2023
Fırıldaqçı jurnalist şəhid anasını aldadaraq pulunu MƏNİMSƏDİ – FOTO
Hazırda oxunan: Fırıldaqçı jurnalist şəhid anasını aldadaraq pulunu MƏNİMSƏDİ – FOTO
Hazırda oxunan: Fırıldaqçı jurnalist şəhid anasını aldadaraq pulunu MƏNİMSƏDİ – FOTO
126977
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.