Baləkənin Poçtbinə kəndinin İŞIQ DİRƏKLƏRİ – “Çürüyüb başımıza tökülürlər” - FOTO

Baləkənin Poçtbinə kəndinin İŞIQ DİRƏKLƏRİ – “Çürüyüb başımıza tökülürlər” - FOTO

Hazırda oxunan: Baləkənin Poçtbinə kəndinin İŞIQ DİRƏKLƏRİ – “Çürüyüb başımıza tökülürlər” - FOTO

126971

Balakən rayonunun Poştbinə kəndinin bir qrup sakini yaşayış məntəqəsinin bir hissəsində elektrik enerjisinin verilməsində problemlə üzləşib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, sakinlərin haqlı narazılığını ancaq gözlə görəndən sonra problemin hansı vəziyyətdə olduğunu müşahidə etmək mümkündür.           

MÖVZU İLƏ BAĞLI:

Göyçayda işıq və su verilişindəki məhdudiyyət NƏ VAXT aradan qaldırılacaq? 


Ötən əsrin elektrik dirəkləri və callanmış naqillər

Kəndə daxil olan andan yol boyu elektrik dirəklərini müşahidə etmək olar. O dirəklər ki, bəziləri artıq dəyişdirilib. Lakin əksər hallarda on illər əvvəl basdırılan dirəklər ki, onlar da müxtəlif yerlərindən çürüyüb ya quşlar içərisini oyaraq məhv edib. 

Kənd sakinləri ilə söhbətdən bəlli olur ki, yaşayış məntəqəsinin bir hissəsində enerjinin verilməsində problem olmasa da digər bir qismində ciddi nöqsanlar yaşanır. Tinov Zameyev deyir ki, xüsusən küləkli, yağışlı havalarda qalırıq zülmətdə: 

“Bizim kənddə işıqlar çox zəifdi. Biz tərəfdə nə soyuducu, nə ütü, nə tozsoran işləyir. Axşam tərəfə yaxın ümumiyyətlə elə çözərib durur. Lazer işığı kimi çox zəifdi işıqlarımız”. 

60 ailə üçün nəzərdə tutulan lakin 160 ailənin istifadə etdiyi transfatmator

Kəndi gəzə-gəzə, yol kənarındakı elektrik dirəklərindəki nazasızlıqları müşahidə edə-edə gəlib çatırıq sakinlərin probleminə çevrilən yüksək gərginlikli elektrik transfarmatorunun qarşısına. Toplaşan sakinlərin də söhbətindən bəlli olur ki, bu transfarmator qoyulan zamandan çox illər ötüb, artıq kənd böyüyüb, yeni evlər inşa olub. 

“Nəticədə şam işığının ümidinə qalımışıq”, - deyir, kənd sakini Ziyavəddin Əzizov:

“Bu 60 nəfərlik transfarmator indi olub 160 nəfərlik. Çox zəif işıq verir. Yaxınlıqda olanlara yaxşıdır, uzaqda olanlara isə gözdağıdır. Nə qədər demək olar ki, bu işə bir əncam çəksinlər.

Baxan kimdir?”

Sakinlər deyir ki, televizoru açıb heç baxa da bilmirik ki, ölkədə və dünyada nə baş verir. Telefonu enerji ilə doldurmaq üçün sutka bəs eləmir. 

Əyrim-üyrüm işıq dirəkləri

Sakinlərin xahişi ilə onların küçəsində və qapılarına yaxın ərazilərdə basdırılan və hazırda təhlükə mənbəyinə çevrilən elektrik dirəklərinə də vizual baxış keçirdik. Kənd sakini Namaz Novruzov bizi öz qapısı yaxınlığındakı elektrik dirəyinin vəziyyəti ilə tanış edərək bildirdi ki, dəfələrlə müraciət etsə də onun müraciətinə baxılmayıb. 

Digər kənd sakini Maqsud Taralov da əsəbi və gərgin görünür: 

“Ağac dirəklər çürükdü, keçən əsrin 50-60-cı illərinin ağaclarıdır, tamam məhv olublar. Hər il təmir elyirlər lakin əmələ gəmir, bunun yağışı, küləyi, qarı var. Çürüyüb başımıza tökülürlər. Qonşu kəndlərin hamsında kabelləşmə gedib, yaxşı beton dirəklər basdırılıb, bizə isə baxan yoxdu”. 

Problemdən hamının xəbəri var

Sakinlərin haqlı narazılığını yerli icra hakimiyyəti orqanı rəhbərinin diqqətinə çatdırdıq. Kənd icra nümayəndəliyindən Bizim.Media-ya bildirildi ki, məsələ ilə əlaqədar rayon rəhbərliyi “Azərişıq”ın Balakən bölməsi qarşısında hələ keçən ay məsələ qaldırıb. 

Bundan sonra icra nümayəndiliyindən bu məsələ ilə bir daha maraqlanmaları üçün daha iki gün vaxt istənildi. Transformatorun dəyişdirilməsini təmin edəcəklərini bildirdilər. 

İki gün ötüb üçüncü gün problemlə bir daha maraqlandıq. Transformator problemi həll edilmişdi. Amma işıq dirəklərinin dəyişdirilməsi məsələsinə gəldikdə isə problemin qarşıdakı aylarda həllini tapacağını və məlumat veriləcəyini diqqətə çatdırdılar.














Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO