Yalçın Rzazadə dünyasını dəyişdi

Yalçın Rzazadə dünyasını dəyişdi

Hazırda oxunan: Yalçın Rzazadə dünyasını dəyişdi

12697

Azərbaycanın Xalq artisti Yalçın Rzazadə dünyasını dəyişib. 

Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Məlumata görə, sənətçi uzun sürən xəstəlikdən sonra 75 yaşında həyatını itirib.

Xatırladaq ki, Yalçın Rzazadə 31 dekabr 1946-cı ildə Lənkəran rayonunda ziyalı ailəsində doğulub. 1963-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutuna daxil olmuş və 1967-ci ildə həmin institutun aktyorluq fakültəsini bitirib.

1968-ci ildə Üzeyir Hacibəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olub və 1973-cü ildə həmin təhsil ocağını bitirib.

1979-cu ildə əməkdar artist, 2000-ci ildə xalq artisti adına layiq görülüb. Bununla yanaşı 2 dəfə karate üzrə çempionu olub.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO