Azərbaycanda bu partiya fəaliyyətini DAYANDIRDI 

Azərbaycanda bu partiya fəaliyyətini DAYANDIRDI 

Hazırda oxunan: Azərbaycanda bu partiya fəaliyyətini DAYANDIRDI 

126968

Azərbaycanda Sosial Rifah Partiyası (ASRP) fəaliyyətini dayandırıb.

Bizim.Media xəbər verir ki, bu barədə partiyanın bəyanatında bildirilib.

Qeyd edilib ki, qərarın verilməsində strateji məsələlər nəzərə alınıb:

"Beynəlxalq münasibətlər sistemində ölkəmizin artan nüfuzunu, daxili siyasətdə əhalinin sosial rifahını strateji prioritet kimi bəyan edilməsi, habelə tarixi torpaqlarımızın işğaldan azad olunması kimi strateji məsələləri nəzərə alaraq ASRP bütün üzvlərinin iradəsini əks etdirərək partiyanın buraxılmasını bəyan edir".
Xatırladaq ki, ASRP 1995-ci ildə siyasətçi Xanhüseyn Kazımlı tərəfindən qurulub. O, 25 il deputat olub. 2020-ci ildən etibarən partiyanın sədri X.Kazımlının qızı Əsli Kazımova idi. (Müsavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO