BİZİM TƏQVİM: 24 martda Bakının bütün küçələri işıqlandırılıb

BİZİM TƏQVİM: 24 martda Bakının bütün küçələri işıqlandırılıb

Hazırda oxunan: BİZİM TƏQVİM: 24 martda Bakının bütün küçələri işıqlandırılıb

126917

1906-cı ilin bu günü Azərbaycanın paytaxtı Bakının bütün küçələri ilk dəfə olaraq elektriklə işıqlandırılıb. Bundan əvvəl Bakının əsasən mərkəzi küçələrində elektrik lampaları yandırılırdı. 1930-cu ildən isə paytaxtın əksər küçə və evlərinə elektrik işığı çəkilməyə başlanılıb.

Bəs, 24 martda dünyada daha hansı hadisələr baş verib?

1. Teymurləng 24 mart 1394-cü ildə Diyarbəkir vilayətini işğal edib.

2. 1613-cü ilin bu günündə Rusiyada Romanovlar sülaləsi hakimiyyətə gəlib.

3. 24 mart 1802-ci ildə parovoz ixtira edilib.

4. 1898-ci ilin 24 martında ABŞ-da “Uinton” modelindən olan ilk avtomobil satılıb.

5. 1923-cü ildə “Time” jurnalı 24 mart nömrəsinin üz səhifəsində Mustafa Kamal Atatürkün şəklini verib.

6. 24 mart 1999-cu ildə NATO Kosovodakı münaqişələrlə bağlı Yuqoslaviyaya qarşı hava hərəkatı başladı.

7. 1992-ci ilin bu günündə Azərbaycanla Finlandiya arasında diplomatik əlaqələr qurulub.

8. 24 mart Ümumdünya Vərəmlə Mübarizə Günüdür. 1882-ci il martın 24-də alman mikrobioloqu Robert Kox vərəm xəstəliyinin törədicisi olan çöpləri kəşf edib. Kox vərəmlə bağlı tədqiqatlarına və kəşfinə görə 1905-ci ildə fiziologiya və tibb üzrə Nobel mükafatına layiq görülüb. O, vərəm çöpləri ilə bərabər, Sibir xorasının törədicisini və xolera vibrionunu aşkar edib. Dünya Səhiyyə Təşkilatı 1982-ci ildə martın 24-nü Ümumdünya Vərəmlə Mübarizə Günü elan edib.

24 martda həm də bu tarixi şəxsiyyətlər xatırlanır

1. 1905-ci ilin 24 martında elmi fantastik roman janrının yaradıcılarından olan Jül Vern dünyasını dəyişib.

2. Azərbaycanın mühacir və mübariz şairi Almas İldırım 24 mart 1907-ci ildə anadan olub.

3. Bu gün həm də Azərbaycan nəsrinin görkəmli nümayəndəsi Məmməd Səid Ordubadinin anadan olduğu gündür. O, 1872-ci ilin 24 martında dünyaya göz açıb. 

4. Martın 24-ü Hacıməmməd Qafqazlının ad günüdür. 1898-ci ilin bu günündə doğulan Hacıməmməd Qafqazlı Azərbaycan Milli Dram Teatrında aktyoru olmaqla, həm də Özbəkistanda dram teatrının yaradıcılarından biri sayılır. “Qafqazlı” təxəllüsünü də ona Daşkənddə veriblər.

5. Teatr və kino aktyoru və rejissoru, Xalq artisti Həsənağa Turabov 24 mart 1938-ci ildə anadan olub.

6. Azərbaycanın Milli Qəhrəmanı Naiq Yusifov 1992-ci ilin bu günündə şəhidlik zirvəsinə ucalıb.

7. Azərbaycan müğənnisi, Xalq artisti Tükəzban İsmayılova 24 mart 2008-ci ildə dünyasını dəyişib.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO