Ramazan ayının 2-ci gününün TƏQVİMİ və DUASI

Ramazan ayının 2-ci gününün TƏQVİMİ və DUASI

Hazırda oxunan: Ramazan ayının 2-ci gününün TƏQVİMİ və DUASI

126892

“İlahi məni bu ayda Öz rizana yaxınlaşdır”.

Bizim.Media müqəddəs Ramazan ayının 2-ci gününün təqvimi və duasını təqdim edir. 

02 ramazan 1444 – 24 mart 2023

İmsak:
05:13

İftar: 19:10

2-ci günün duası: 

Allahummə qərribni fihi ila mərzatik. Və cənnibni fihi min səxətikə və nəqimatik. Və vəffiqni fihi liqiraəti ayatik. Birəhmətikə ya ərhəmər-rahimin.

Tərcüməsi:

İlahi məni bu ayda Öz rizana yaxınlaşdır, qəzəbindən və intiqamından bu ay məni uzaq et. Ey Rəhimlilərin Rəhimlisi, məni bu ayda Öz ayələrini oxumağa müvəffəq et! Amin!

Qeyd edək ki, oruc tutanlar hər ehtimala qarşı imsaq üçün göstərilən vaxtdan 10 – 15 dəqiqə əvvəl yemək, içmək və s. orucu batil edən əməlləri tərk etməlidir. Belə ki, cədvəllərdə olan fərqlilik bu addımı zəruri hala gətirir.
Digər şəhərlər üçün Bakı vaxtına edilən əlavələr:

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzuli +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Gürcüstan) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +18, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO