Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevlə vida mərasimində həyat yoldaşı Əməkdar artist Dilarə Əliyevanın vəziyyəti pisləşib.
Bizim.Media xəbər verir ki, aktrisa evinin həyətində həyat yoldaşı ilə vidalaşarkən bu hadisəyə dözə bilməyərək bağırıb və yerə yıxılıb.
MÖVZU İLƏ BAĞLI:
Oqtay Əliyevin nəşi dəfn olunmaq üçün Qurd Qapısı qəbiristanlığına aparıldı - VİDEO
Dilarənin özünə gəlməsi üçün təcili yardım işçilərinin köməyi ilə ilkin müdaxilə olunub.
Daha sonra o, qışqıraraq Oqtayın ölümünə inana bilmədiyini dilə gətirib:
"Oqtay bizi necə buraxıb, getdin. Niyə belə oldu ay Oqtay? Mən necə özümə gəlim, Oqtay daha yoxdur".
Qeyd edək ki, O.Əliyev az sonra Qurd Qapısı qəbiristanlığında torpağa tapşırılacaq.
Rəşad Əliyev, Bizim.Media