Murad Dadaşov:

Murad Dadaşov: "Doğma və yaxın bir insanımı itirdim" - VİDEO

Hazırda oxunan: Murad Dadaşov: "Doğma və yaxın bir insanımı itirdim" - VİDEO

126871

"Mənim üçün çox ağır itkidir. Ard-arda çox yaxın insanları itiririk. Ölüm çox ucuzlaşıb".

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Murad Dadaşov ötən gün ağır yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevlə vida mərasimində deyib.

MÖVZU İLƏ BAĞLI:

Mədəniyyət Nazirliyindən Oqtay Əliyevin dəfn yeri ilə bağlı AÇIQLAMA


M.Dadaşov O.Əliyevlə bağlı xatirələrini bölüşüb:

"Sözün bitdiyi andır. Onunla çox yaxın dost olmuşam və mənə əziz insan olub. İllərin dostu olmuşuq. Yadımdadır ki, "Yeni ulduz" layihəsində olarkən mən heç kimin tanımadığı Oqtayı tanıdım. Çox fövqaladə vətənpərvər insan, Azərbaycanı sevən insan.

Dostum, qardaşım İrəvanda göz açıb. Bizim Qərbi Azərbaycan məsələsi Oqtayın ürəyində xüsusi yer tuturdu.

Oqtayın ictimai həyatda da çox önəmli yeri var idi. Erməni dilini mükəmməl bilirdi. Bütün mətbuatı izləyirdi. Gecələr zəng vurub deyirdi ki, onlar belə bir layihə edirlər, çox diqqətlə izləyirdi. Bu sahədə xüsusi naliyyətləri var idi, məlumat toplayırdı. Çox heyif.
Deyirlər ki, əvəzolunmaz insan yoxdur. Amma o təkrarolunmaz idi. Belə bir əziz və çox doğma bir insanı itirdik. Çox təəssüf...".

Redaksiyamızın əməkdaşının "Oqtay Əliyevlə ən son nə zaman danışmışsınız?" sualına M.Dadaşovun cavabı belə olub:

"O çox maraqlı bir insan idi. İncəsənət aləmində kiminsə istedadını etiraf etmək, xoş söz demək, bunu isə vaxtı ilə mərhum Anar Məmmədxanovdan çox görmüşəm. Hər zaman kiminsə uğuruna görə zəng edib, təbrik edərdi, xoş sözlər deyərdi. Onun bu vərdişini mən də götürmüşəm.

Sosial şəbəkələrdə kimsə nəsə yazardı, deyərdi Oqtay mütləq həmin məsələyə münasibət bildirərdi. Fikirlərini rahat dilə gətirirdi. Bütün addımlarında və hərəkətlərində dərin bir səmimiyyət vardı. Mən yaxın bir insanımı itirdim. Dünəndən bəri birlikdə keçirdiyimiz qastrol səfərləri, "Yeni ulduz" layihəsi hamısı gözümün qabağından gəldi keçdi.
Mən belə bir insanı itirməyimə inana bilmirəm. "Soy" production yaranan gündən onu tanıyıram. KVN illərindən onu tanıyıram. Biz bir-birimizi yarı nəfəsdən, bir baxışdan başa düşürdük ki, kim nə demək istəyir. Ölüm çox cavanlaşıb".

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO