Oruc tutanların bilməli olduğu 5 VACİB ŞƏRT - SİYAHI

Oruc tutanların bilməli olduğu 5 VACİB ŞƏRT - SİYAHI

Hazırda oxunan: Oruc tutanların bilməli olduğu 5 VACİB ŞƏRT - SİYAHI

126870

Bu gün Ramazanın ilk günüdür. Mömin insanlar artıq ötən axşamdan niyyət edib və bu gün sübhdən orucluğun rituallarının icrasına başlayıblar. Amma çox təəssüf ki, bəzi insanlar hələ də orucluğun fəlsəfəsini dərk eləmir.

Gün ərzində ac qalmaqla oruc olduqlarını zənn edirlər. Amma bu, tam yanlış yanaşmadır.

Orucluğun fəlsəfəsi ondan ibarətdir ki, bir ay ərzində insanlar təkcə mədələrini yox, həm də nəfislərini, dillərini və gözlərini ac saxlamalıdırlar.

Birincisi, Ramazan ayında insanın nəfsi də oruc olmalıdır. Haramdan, izafi qazanclardan qaçmalıdır.

İkincisi, dilimizə və danışığımıza ən azı bir ay sahib çıxmalıyıq. Bu müddətdə pis sözlər danışmamalıyıq, eynimizə pis fikirlər gətirməməliyik. Heç olmasa bir ay müddətində dilimizdə Allah kəlamı, fikrimizdə Allahın buyurduqları olmalıdır.

Üçüncüsü, gözümüz oruc olmalıdır. Ətrafımızdakı insanlara pis niyyətlə baxmamalıyıq.

Dördüncüsü və ən əsası mədəmizi ac saxlamaqla aclığın nə olduğunu dərk etməliyik.

Ətrafımızda olan imkansız və ac insanların gün ərzində hansı əzablarla üz-üzə qaldığını əyani şəkildə dərk etməliyik. Və heç olmasa bir ay ərzində ətrafımızda olan imkansızlara əl tutmalıyıq, ən azından onlara qarın dolusu yemək verməliyik. Bax, bu həm də iftar süfrələrinin fəlsəsfəsidir.
Beşincisi, oruc tutan və tutmayan ixtiyari imkanlı şəxs iftar süfrəsi açmağa borcludur. Heç olmasa bir ay ərzində qazandıqlarımzın bir qismini ətrafımızdakılarla bölüşməliyik.

Təbii ki, insan maddi və mənəvi cəhətdən oruc tutanda ən çox qazanclı özü çıxır. İnsan oğlu dərk edir ki, çox yemək qədər, çoxlu qazanc da ziyanlıdır.

Eyni zamanda, insan qazandığını paylaşanda daha çox zəngin olur. Həm Allah yanında, həm də cəmiyyətdə hörmət qazanır. Ona görə də Orucluq ayı həm də barış və paylaşmaq ayıdır.
  
Orucluğun digər fəzilətləri ilə bağlı Bizim.Media-ya danışan ilahiyyatçı Tural İrfan bildirdi ki, oruc təkcə mədəni ac saxlamaqla olmur:

“Təsadüfi deyil ki, insan bilmədən nəsə yesə onda onun orucu pozulmuş sayılmır. Yəni orucun mahiyyəti yemək-içməkdə olsa idi onda yemək yemiş olanda oruc pozulmuş hesab olunardı. Bu da bir daha onu göstərir ki, orucluğun mahiyyəti insanın mənəviyyatını ucaltmaqdır. Ac qalmaq orucluğun bir seqmentidir.
Bir ay ac qalmaqla insan həm artıq çəkidən, piylənmədən qurtulur, həm də aclığın nə olduğunu əyani şəkildə dərk edir. Dünyəvi elmdə də var ki, insan pəhriz saxlayanda onun bədəni təmizlənir.

Eyni zamanda, oruc tutan adam bir ay ərzində yediyi yeməkləri kasıblara paylamalıdır. Buna fitrə-zəkat da demək olar. Yəni oruc tutan insanlar ən azından nahara xərclədiklərini imkansızlarla bölüşməlidirlər”.

İlahiyyatçı bir neçə vacib məqama da toxundu:

“Mən adamlar tanıyıram, onların içində hətta axundlar da var ki, gecə səhərə qədər yeyirlər. Sonra da yıxılıb günartaya qədər yatırlar. Bir də axşam iftarlarını açırlar. Guya ki, bunlar oruc tuturlar. Bu doğru deyil. Bunun da tək səbəbi orucluğun fəlsəfəsinin tam mənada insanlara çatdırılmamasıdır.

İran mollalarının təsiri altında olan soydaşlarımı orucluğu tam təhrif olunmuş şəkildə izah edirlər. 

Başqa bir vacib məqamı da deyim ki, Ramazan ayında bəzi insanlar təmtəraqlı iftar süfrələri açırlar. Bu yaxşıdır. Amma bunun pis tərəfi odur ki, o süfrəni çəkib sosial şəbəkədə reklam edirlər.

Bunu görən kasıb-küsubsa köks ötürür. Belə də olmaz. Bir tərəfdən savab qazanan insan, o biri tərəfdən günah qazanır. Oruc harınlığın qarşısını almaq üçündür, harınlığı təbliğ etmək üçün deyil”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO