“Qarabağda toponimlərin tədqiqatı 3 il vaxt aparacaq” – Dilçilik İnstitutu

“Qarabağda toponimlərin tədqiqatı 3 il vaxt aparacaq” – Dilçilik İnstitutu

Hazırda oxunan: “Qarabağda toponimlərin tədqiqatı 3 il vaxt aparacaq” – Dilçilik İnstitutu

12675

Dağlıq Qarabağda Azərbaycan tarixinə aid toponimlərin bərpasına başlanılıb.

Bununla bağlı AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Toponimika sektoru yaradılıb. 

Dilçilik İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Qara Məşədiyev bu barədə Bizim.Media-ya açıqlamsında deyib: 
 

MÖVZU İLƏ BAĞLI:

Bu gündən fəaliyyətə başlayacaq “Qaynar xətt”in nömrəsi hələ bəlli deyil - FOTO


“Qarabağda xalqımıza məxsus 300-dən çox toponim dəyişdirilib. Hazırda həmin toponimlər tədqiqata cəlb edilib.

İşğaldan azad olunmuş ərazilərin adlarının neçənci ildə mövcudluğu, hansı mənşəyə mənsub olmağı, neçə dəfə dəyişdirildiyini müəyyənləşdirmək üçün müzakirələr aparılır.

Bununçün sərf olunacaq vaxt təxminən 3 il nəzərdə tutulur. Tədqiqatlar başa çatdıqdan sonra “Qarabağ toponimləri, erməni saxtakarlığı və reallıqlar” adında kitab hazırlanaraq, tərtib ediləcək”. 

Filoloq onu da qeyd edib ki, bundan başqa işğaldan azad edilmiş küçələrə, parklara vətən müharibəsində canından keçən şəhidlərimizin adlarının da verilməsi nəzərdə tutulub.

Gül Qədirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO