Zaqatalada Novruzun gəlişini Dədə Qorqud MÜJDƏLƏDİ - FOTO

Zaqatalada Novruzun gəlişini Dədə Qorqud MÜJDƏLƏDİ - FOTO

Hazırda oxunan: Zaqatalada Novruzun gəlişini Dədə Qorqud MÜJDƏLƏDİ - FOTO

126717

Xalqımızın xeyirxahlıq, mehribanlıq və qonaqpərvərlik kimi gözəl hisləri tərənnüm edən ən əziz bayramın- Novruzun gəlişi Zaqatala rayonunda yüksək əhval-ruhiyyə ilə qarşılanıb.

Bizim.Media-nın yerli bürosunun xəbərinə görə, bayram tədbirində ənənəyə uyğun olaraq tonqal qalanıb.

Dədə Qorqud və Bahar qız bayram şənliyinə toplaşanları salamlayıb, xeyr-dua verib. 

Sonra bayram şənliyində xalqımızın adət-ənənələri canlandırılıb. 

İncəsənət ustaları, bədii özfəaliyyət kollektivləri xalqımızın adət-ənənələrini, qədim el sənətlərini nümayiş etdirib, rəqqaslar milli musiqinin sədaları altında oynaq rəqslər ifa ediblər. 

Bütün bunlar tədbir iştirakçılarında əsl bayram əhval-ruhiyyəsi yaradıb.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO