Qubada silsilə oğurluqlar edən dəstə üzvləri tutuldu – FOTO/VİDEO 

Qubada silsilə oğurluqlar edən dəstə üzvləri tutuldu – FOTO/VİDEO 

Hazırda oxunan: Qubada silsilə oğurluqlar edən dəstə üzvləri tutuldu – FOTO/VİDEO 

126609

Qubada silsilə oğurluqlar edən şəxslər saxlanılıblar. 

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri zamanı rayon ərazisində fərqli yerlərdən oğurluq etməkdə şübhəli bilinən Elşad Güliyev və Elşən Hacıyev saxlanılıblar. 

Araşdırmalar zamanı məlum olub ki, həmin şəxslər qabaqcadan əlbir olaraq rayon ərazisində olan kafe, bağ, eləcə də evlərdən müxtəlif əşyalar və ərzaq məhsulları oğurlamaqda zərərçəkmişlərə ümumilikdə 7905 manat ziyan vurublar. 
Faktlarla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

 


 


Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO