Fərid Qayıbov UNESCO-ya üzv ölkələrin Daimi nümayəndəliklərinin sessiyasında ÇIXIŞ ETDİ - FOTO 

Fərid Qayıbov UNESCO-ya üzv ölkələrin Daimi nümayəndəliklərinin sessiyasında ÇIXIŞ ETDİ - FOTO 

Hazırda oxunan: Fərid Qayıbov UNESCO-ya üzv ölkələrin Daimi nümayəndəliklərinin sessiyasında ÇIXIŞ ETDİ - FOTO 

126568

Gənclər və idman naziri, UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin sədri Fərid Qayıbov Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin Bakıda keçiriləcək VII Beynəlxalq Konfransına hazırlıq məqsədilə Fransanın paytaxtı Parisdə UNESCO-ya üzv ölkələrin Daimi nümayəndəliklərinin iştirakı ilə məlumatlandırma sessiyasında çıxış edib. 

Bizim.Media xəbər verir ki, Fərid Qayıbov 100-dək ölkə nümayəndəsinin qatıldığı iclasın açılışında tədbirə hazırlıq prosesi barədə məlumat verib. 

Görüşdə UNESCO Baş direktorunun sosial və humanitar məsələlər üzrə müavini Qabriela Ramos, eləcə də, xüsusi qonaq qismində dəvət olunmuş tanınmış futbol veteranı, 1994-cü il dünya kubokunun sahibi Rai Souza Viyera de Oliveyra çıxış ediblər. 
Tədbirdə, həmçinin, VII Beynəlxalq Konfransa hazırılıq, təşkilati məsələlər barədə, eləcə də, Bakı şəhəri barədə təqdimatlar olub. Sonda Azərbaycanın YUNESKO-dakı daimi nümayəndəsi, səfir Elman Abdullayev qonaqları maraqlandıran sualları cavablandırıb. 

Qeyd edək ki, Bakıda keçiriləcək VII Beynəlxalq Konfransı 26-29 iyun aralığında baş tutacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO