Şuşada Novruz tonqalı QALANDI - VİDEO 

Şuşada Novruz tonqalı QALANDI - VİDEO 

Hazırda oxunan: Şuşada Novruz tonqalı QALANDI - VİDEO 

126538

Martın 20-də Şuşada ekoaksiyanın iştirakçıları üçün Novruz şənliyi təşkil olunub. 

Bizim.Media xəbər verir ki, Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunun yaxınlığında bayram tonqalı qalanıb. 

“DJ Kənan Drums”ın iştirakı ilə vətənpərvərlik ruhunda, milli və xarici ruhda musiqi səsləndirilir. 

Aksiya iştirakçıları üçün, həmçinin bayram süfrəsi açılıb, Novruz təamları, o cümlədən bayram aşı və kabab bişirilib. 

Novruz tonqalının yaxınlığında səməni atributu yerləşdirilib, açılan bayram çadırında səməni, xonça və digər Novruz atributları düzülüb. 

Ekofəallər bayram tonqalı ətrafında toplanıb, şən musiqi sədası altında rəqs edirlər. Aksiyanın keçirildiyi ərazidə Novruz ab-havası hökm sürür. 

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO