Bayram gününün FAKTİKİ HAVASI 

Bayram gününün FAKTİKİ HAVASI 

Hazırda oxunan: Bayram gününün FAKTİKİ HAVASI 

126497

Martın 20-də bəzi yerlərdə arabir yağış yağıb. 

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, yağan yağıntının miqdarı: Naxçıvanda 15.0 mm, Sədərəkdə 14.0 mm, Şərurda 13.0 mm, Ordubadda 7.0 mm, Şahbuzda 6.0 mm, Culfa, Gədəbəydə 2.0 mm, Beyləqan, Mingəçevir, Tovuz, Naftalan, Gəncə, Ceyrançöl, Balakən, Zaqatala, Şəki, Şahdağ, Tərtər, Yevlax, Göyçay, Astara, Hacıkənddə 1.0 mm-dək olub. 

Duman: Şərur, Daşkəsən, Göygöl, Naftalan, Şəmkir, Şəki, Qax, Şamaxı, Qrız, Göyçay, Zərdab, Yevlax, Kürdəmir, Neftçala, Lerikdə, eləcə də Bakıda və Abşeron yarımadasında müşahidə olunub, görünüş məsafəsi 200-500 metrədək məhdudlaşıb. 

Havanın maksimal temperaturu: Bakıda və Abşeron yarımadasında 19°-dək isti, Naxçıvanda 16°-dək isti, dağlıq rayonlarda 10°-dək isti, aran rayonlarında 20°-dək isti olub. 
Martın 21-dən 22-si gündüzədək bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. 23-24-də isə havanın sabitləşəcəyi, əksər rayonlarda əsasən yağmursuz xoş, mülayim yaz havası gözlənilir. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO