Bayramı harada keçirmək daha maraqlıdı? - SORĞU

Bayramı harada keçirmək daha maraqlıdı? - SORĞU

Hazırda oxunan: Bayramı harada keçirmək daha maraqlıdı? - SORĞU

126433

Bayram günlərində paytaxta gələn yerli və əcnəbi qonaqların sayında nəzərəçarpacaq dərəcədə artım var. Onların bir çoxlarının bu günlərdə ölkəmizə gəlməsi məhz Novruz bayramı ilə əlaqədardır. Bəs paytaxt sakinləri Novruzu harada keçirməyə üstünlük verirlər?

Bizim.Media-da paytaxt sakinlərinin fikirlərini öyrənməyə çalışıb.  
 

MÖVZU İLƏ BAĞLI:

Bu gün Novruz bayramıdır


Şəfayət Cavadova paytaxt sakini:

"Mənim fikrimcə bayram gününü rayonlarda qeyd etmək daha maraqlı olar nəinki şəhərdə... Mən neçə illərdir şəhərdə yaşasam da, bayram günlərində rayonumuza, ata evimə qonaq gedirəm. Görürəm ki, rayonlarda bayramı daha təmtəraqlı qeyd olunur. Adət ənənələrimizə uyğun bayram keçirilir rayonlarda. Amma bəzi vətəndaşlar da istirahət baxımından rayonlara üz tuturlar və oteldə qalırlar. Belə olan hallarda da otel qiymətləri bu ərəfədə çox baha olur. Mən özüm də bir neçə il turizm sahəsində fəaliyyət göstərmişəm və bunun şahidi olmuşam. Hətta onu da deyə bilərəm ki, xarici turistlərlə müqayisədə yerli turistlərə otellər iki qat qiymətə verirlir". 

Nailə Xurşudova paytaxt sakini: 

"Düzün desəm rayonda bayramı qeyd etmək istəyərdim. Hər kəs bilir ki, bayram günü yaxınların qəbrini də ziyarət etmək çox gözəl bir əməldir. Lakin işimlə əlaqədar bayramı paytaxtda qeyd edəcəm və Novruz bayramını burada qarşılayacam. Rayonda bayram qeyd etməyin öz gözəlliyi var. Rayon yerində insanlar bayramı daha şən qeyd edirlər. 

Sevda İsmayılova paytaxt sakini: 

"Bayramı paytaxda qeyd edəcəm. Düzdü bayramdan sonra digər günlərdə rayona gedib baş çəkəcəyik, lakin bayramı öz evimizdə yəni burada ailəmlə keçirəcəyəm. Rayonlarda bayram xüsusi keçirilir. Lakin paytaxtımızda da bayram gözəl və maraqlı keçirilir. Bayramı harda qeyd etmək hər bir insanın öz seçimidi. Sonda hər bir kəsin bayramını təbrik edirəm". 

Faiq Salmanov paytaxt sakini:

"Mən özüm neçə illərdir ki, şəhərdə yaşayıram. Amma çalışıram ki, hər bayram öz dədə-baba ocağıma, rayonumuza baş çəkim və bayramı orada qarşılayım. Bu ildə qismət olarsa bayramı rayonda qeyd etmək istəyirəm. Qismət olmasa bayramı şəhərdə qeyd edəcəm. Bayramı çalışacam ki, milli adət-ənənələrimizə uyğun keçirim. Rayonlarda Novruz bayramı maraqlı və gözəl keçir". 

Gülşən Abdullayeva paytaxt sakini: 

Bayramı əslində paytaxda qeyd edəcəm, amma rayonda qeyd etsəydim daha yaxşı olardı. Ona görə rayonda qeyd etmək istəyirəm ki, rayonlarda bayramı daha gözəl qeyd edirlər, daha maraqlı və şən bayram olur. Tonqalın qalanmasıdı, papaq atmaqdı, fala baxmaqdı, Keçəl ilə Kosanın sərgüzəştlərini izləməkdi... Bir sözlə baharın ətri, bayram əhval-ruhiyyəsi rayonlarda daha çox duyulur. Bu il olmasada ümid edirəm ki, gələn il bayramı rayonda qeyd edəcəm".

Nəsimi Mustafayev paytaxt sakini: 

"Novruz bayramı bölgələrdə daha geniş və möhtəşəm keçirilir. Mən özüm uzun müddət baş həkim və baş həkim müavini işləmişəm bölgələrdə. İşlədiyim dövrlərdə bayramın necə gözəl keçdiyinin şahidi olmuşam. Ümid edirəm ki, bu bayramda bizim üçün gözəl keçər və maraqlı xatirələrlə yadda qalar".










Ziya Hikmətoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO