Sülhməramlıların daha 25 maşını Laçın yolundan maneəsiz keçdi – YENİLƏNİB  

Sülhməramlıların daha 25 maşını Laçın yolundan maneəsiz keçdi – YENİLƏNİB  

Hazırda oxunan: Sülhməramlıların daha 25 maşını Laçın yolundan maneəsiz keçdi – YENİLƏNİB  

126430

Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edir. 

Bizim.Media xəbər verir ki Laçından Xankəndi istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus 25 təminat-təchizat və iki minik avtomobil aksiya ərazisindən maneəsiz keçib.

*** 14:56

Laçın-Xankəndi yolunda Xankəndindən gələn Rusiya sülhməramlı kontingentinə məxsus 1 minik, 3 yük avtomobili aksiya keçirilən yoldan maneəsiz keçid edib.  

Bizim.Media xəbər verir ki, avtomobillər Laçın istiqamətinə gedib.

*** 11:28

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 30 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.  

Bizim.Media xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

*** 09:14

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 2 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. 

Bizim.Media xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub. 

Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. 
Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO