Seçkilərlə bağlı Türkiyənin Azərbaycandakı səfirliyinin iş qrafikində dəyişiklik - FOTO

Seçkilərlə bağlı Türkiyənin Azərbaycandakı səfirliyinin iş qrafikində dəyişiklik - FOTO

Hazırda oxunan: Seçkilərlə bağlı Türkiyənin Azərbaycandakı səfirliyinin iş qrafikində dəyişiklik - FOTO

126407

Türkiyənin Bakıdakı səfirliyinin konsulluq şöbəsi növbəti iki həftə ərzində xidmətini davam etdirəcək.

Bu barədə Bizim.Media-ya diplomatik nümayəndəlikdən məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Xaricdə yaşayan Türkiyə vətəndaşları bu tarixdən səs verə biləcəklər


“Xaricdəki Seçici Reyestrində seçicilərin qeydiyyatı və dəqiqləşdirilmə işləri 20 mart – 2 aprel tarixlərində aparılacaq.

Qeyd olunan müddət ərzində seçici qeydiyyatını yeniləmək istəyən vətəndaşlarımız üçün səfirliyin konsulluq şöbəsi bu həftənin sonunda olduğu kimi, növbəti iki həftəsonu (25-26 mart və 1-2 aprel) ərzində də xidmət göstərəcək”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, mayın 5-7-də səfirlikdə ölkəmizdə yaşayan Türkiyə vətəndaşları üçün parlament və prezident seçkilərində səsvermə imkanı yaradılacaq.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO