Talış kəndinin sakini: “Doğma ocağımdayam” - VİDEO

Talış kəndinin sakini: “Doğma ocağımdayam” - VİDEO

Hazırda oxunan: Talış kəndinin sakini: “Doğma ocağımdayam” - VİDEO

126403

İşğaldan azad edilmiş ərazilərə qayıdış davam edir. Bu günlərdə bir qrup sakin Tərtər  rayonunun Talış  kəndinə köçürülüb.

Bizim.Media xəbər verir ki, bu kənddə qısa  vaxt  ərzində yollar  çəkilib, evlər, məktəb binası, uşaq bağçası, inzibati bina inşa edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident və xanımının Talış kəndi sakinləri ilə səmimi söhbətindən GÖRÜNTÜLƏR - VİDEO 


Hər evin həyətyanı ərazisində əsaslı landşaft işləri görülüb, fərdi əkin sahələri yaradılıb və təsərrüfat anbarları inşa edilib. Bütün evlərin köhnə hasarları sökülüb, əvəzində yenisi tikilib. Evlərin daxili kommunikasiya xətləri yenidən qurulub.

Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva kəndə  yeni köçürülən  sakinlərlə görüşüb, onların evinə baş çəkərək həmsöhbət olublar. İndi sakinlər yeni evlərində bayramı qarşılamağın sevincini, həm də dövlət başçısı ilə görüşün fərəhini yaşayırlar.
Yeni salınmış evlərdə doğma ocağına qayıdan sakinlər üçün bütün rahatlıq təmin olunub. Kənddə müasir infrastruktur yaradılıb.

Talış kəndinin ilk sakinləridən biri də Eyyub Əkbərovdur. O  bildirir ki, bu kənddən çıxanda 30 yaşı olub, indi isə doğma ocağındadır. 

Kənd ağsaqqalı olaraq öz  evində dövlət başçısı ilə söhbət  edib.

Qeyd edək ki, Talış kəndinə ilkin mərhələdə Bakı, Bərdə, Tərtər, Samux və Goranboyda əsasən ağır şəraitdə, qəzalı vəziyyətdə olan müvəqqəti məskunlaşma yerlərində yaşayan 20 ailə köçürülüb. Növbəti mərhələdə burada daha 178 ev tikiləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO