Neftçilər prospektinin təmiri nə vaxt yekunlaşacaq? - VİDEO

Neftçilər prospektinin təmiri nə vaxt yekunlaşacaq? - VİDEO

Hazırda oxunan: Neftçilər prospektinin təmiri nə vaxt yekunlaşacaq? - VİDEO

126401

Bakıda hərəkət üçün alternativi olmayan yolda təmir işləri  davam edir.

Bizim.Media xəbər verir ki, söhbət  ''Azneft'' dairəsindən üzü Dəniz Vağzalı istiqmatdə nəqliyyata bağlı olan Neftçilər prospektindən gedir.

Ötən ayın son günlərindən yolda mərhələli şəkildə təmir işlərinə başlanıb. Bakı Şəhər İcra Hakimiyyətinin sifarişi ilə təmir-tikinti işlərini özəl şirkətlərdən biri aparır.

Yeni asfalt qatının vurulması və yolun bağlı olması ilə bağlı yol polisi də sürücüləri əvvəlcədən xəbərdar edib ki, həmin ərazidə gəlib tıxacda qalmasınlar.

İş icraçıları bildirdilər ki, prospektdə asfaltlama işləri yekunlaşan kimi yola cizgi xətləri çəkiləcək. Prospekt bu gün axşam saat 10-da tam olaraq nəqliyyatın hərəkətinə açılacaq.

İş icraçıları onu da əlavə etdilər ki, işlər hava şəraitinə uyğun olaraq aparılır və tam olaraq aprel ayının əvvəlinə qədər təmir-tikinti işlərinin yekunlaşdırılması planlaşdırılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO