“NAXTEL 4G”dən möhtəşəm bayram TƏKLİFLƏRİ - FOTO

“NAXTEL 4G”dən möhtəşəm bayram TƏKLİFLƏRİ - FOTO

Hazırda oxunan: “NAXTEL 4G”dən möhtəşəm bayram TƏKLİFLƏRİ - FOTO

126392

Naxçıvan şəhərinin “Əcəmi Seyrəngahı”nda Novruz bayramı münasibətilə keçirilən "Novruz Şəhərciyi" festivalına NAXTEL Məhdud Məsuliyyətli Cəmiyyəti də qatılıb.

Bizim.Media xəbər verir ki, festivalda Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən şirkətlər, onlar üçün xüsusi olaraq ayrılmış yerlərdə sakinlər və  qonaqlar üçün öz xidmətlərini təklif edirlər. 

NAXTEL 4G  də bu möhtəşəm bayram şənliyində öz xidmət və təklifləri ilə yer alıb. 1+1 hədiyyə nömrə kampaniyası və "Hədiyyə qutusu" ziyarətçilərin rəğbətinə və marağına səbəb olub.

Bir nömrə alana bir nömrə hədiyyə edilir və hədiyyə qutusundan əldə edilən zərf içərisinə yerləşdirilmiş müxtəlif danışıq dəqiqələri və internet paketləri  isə bayram sovqatı olaraq abunəçilərin balansına yüklənir.

Bu təklif 25 mart tarixinədək NAXTEL-in bütün Satış və Xidmət Mərkəzlərində həyata keçiriləcək. 8 gün boyunca davam edəcək "Novruz şəhərciyi" konsert tədbirləri ilə sakinlərə əsl bayram abu-havası yaşadacaq.

Xatırladaq ki, NAXTEL Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Naxçıvan Muxtar Respublikasında yerləşən 4-cü nəsil GSM+LTE operatorudur. 2015-ci ilin iyul ayında Naxçıvan şəhərində təsis olunub.
Hazırda 130 baza stansiyası vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının bütün yaşayış məntəqələrini əhatə edir.

Hər bir baza stansiyası ilə Mərkəzi İdarəetmə Sistemi arasında fiber optik kabel xətləri çəkilib və saniyədə 1Gb informasiya daşıya bilən avadanlıqlar qurulub.

NAXTEL 4G mobil şəbəkəsində 800 Mhs, 900 Mhs və 1800 Mhs tezlik diapozonlarının hər üçündən istifadə olunur. Bu da abunəçilər üçün ideal imkanlar yaradıb. Milli və beynəlxalq rominq əlaqələri NAXTEL 4G-nin dünyanın 10-dan artıq ölkəsində fəaliyyətini təmin edir. Buraya səs, data və sms xidmətləri daxildir.














Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO