Novruz bayramı Göyçayda böyük coşqu ilə qeyd olundu - FOTO

Novruz bayramı Göyçayda böyük coşqu ilə qeyd olundu - FOTO

Hazırda oxunan: Novruz bayramı Göyçayda böyük coşqu ilə qeyd olundu - FOTO

126383

Göyçayda Novruz bayramı böyük coşqu ilə  qeyd olunub.

Bizim.Media-nın Aran bürosu  xəbər verir ki, Novruz şənliyi şəhər stadionunda təşkil olunub.
Bayram tədbirində  Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Milli Məclisin deputatları Sabir Hacıyev, Məzahir Əfəndiyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, şəhid ailələri, vətən müharibəsi iştirakçıları, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər.
 

MÖVZU İLƏ BAĞLI:

Göyçayda şəhid ailələri və qazilər ziyarət olundu - FOTO


Tədbir iştirakçıları əvvəlcə Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərin məzarları önünə gül-çiçək dəstələri düzüblər.

İştirakçılar Novruzun əsas personajı olan Bahar qızı qarşılayıblar. Rayon rəhbərliyi və  qonaqlar şəhər stadionunda sərgilənən Novruz süfrələrinə, xonçalarına, qədim adət-ənənələrimizi yaşadan milli məişət əşyalarına, kəndirbazın və idmançıların nümunəvi çıxışlarına baxış keçiriblər.

Novruz bayramı tədbirində çıxış edən Göyçay Rayon İcra Hakimiyyətinin başçısı xalqımızı, tədbir iştirakçılarını, xüsusilə də şəhid ailələrini, qazilərimizi əlamətdar Novruz bayramı münasibətilə təbrik edib, iştirakçılara can sağlığı, evlərinə, ailələrinə bol ruzi-bərəkət arzulayıb və bayram tonqalını alovlandırıb.
Çıxış edənlər bildiriblər ki, milli-mənəvi dəyərlərimiz, ənənələrimiz, mədəniyyətimiz Azərbaycan xalqı tərəfindən qorunub saxlanılıb. 

İnsanları baharın gəlməsi təbiətin oyanması, həyatın canlanması ilə müjdələyən Novruz bayramı ən qədim dövrlərdən bəri xalqımızın sevinc, şadlıq bayramı olub.

Tədbirdə Milli Məclisin deputatları və şəhid valideynləri çıxış edərək bildiriblər ki, Novruz ənənələri yenidən 30 ilə yaxın həsrətində olduğumuz doğma torpaqlarımızda yaşanılır, tonqallar qalanır. 

Prezident İlham Əliyevin Qarabağda  bayram tonqallarını alovlandırması hər birimizi qürurlandırır.

Sonra Mədəniyyət Mərkəzinin Novruz bayramı münasibətilə hazırladığı bayram konserti bir-birindən rəngarəng çıxışlarla, Kosa və Keçəlin səhnəyə gəlişi ilə qonaqlara xoş anlar bəxş edib.

Tədbir musiqili proqram ilə davam edib.



Aqil Əsədov, Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO