Göyçayda şəhid ailələri və qazilər ziyarət olundu - FOTO

Göyçayda şəhid ailələri və qazilər ziyarət olundu - FOTO

Hazırda oxunan: Göyçayda şəhid ailələri və qazilər ziyarət olundu - FOTO

126378

Göyçayda Novruz bayramı  münasibətilə şəhid ailələri və qazilər ziyarət olunub.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları Novruz bayramı münasibətilə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ailə üzvlərini və qaziləri ziyarət ediblər.

Ziyarət zamanı şəhid və qazilərimizin keçdiyi şərəfli döyüş yolu xatırlanıb, qəhrəmanlıqlarının tariximizdə əbədi yaşayacağı vurğulanıb.

Yetmiş evdə qonaq olan polis əməkdaşları ailələrin qayğıları ilə maraqlanıb, bayram münasibətilə onları təbrik edərək gətirdikləri sovqatları ailələrə təqdim ediblər.


Aqil Əsədov, Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO