Tovuz rayonunda kənd təsərrüfatının üzümçülük sahəsi ilə məşğul olan sahibkarlar və fermerlərlə görüş keçirilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, görüşdə Tovuz rayon İcra Hakimiyyətinin, KOBİA-nın, Qida Təhlükəsizlik Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesterinin, "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin və digər aidiyyəti qurumlarının nümayəndələri, eləcə də regionda üzümçülük sahəsində fəaliyyət göstərən 30-a yaxın sahibkarlıq subyekti iştirak edib.
Tovuz rayon Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə Tovuz rayon İcra Hakimiyyətinin, KOBİA-nın, Aqrar Xidmətlər Agentliyinin və Qida Təhlükəsizlik Agentliyinin nümayəndələri tərəfindən müvafiq sahə üzrə həyata keçirilən layihələr, dövlət dəstəyi mexanizmləri, o cümlədən güzəştli kreditlərdən istifadə, KOBİA-nın dəstək və xidmətləri barədə məlumat verilib, üzümçülük sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin təklifləri dinlənilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu