Qəbələdə bayram tonqalını “Dədə Qorqud” yandırdı - FOTO

Qəbələdə bayram tonqalını “Dədə Qorqud” yandırdı - FOTO

Hazırda oxunan: Qəbələdə bayram tonqalını “Dədə Qorqud” yandırdı - FOTO

126368

Qəbələdə ümumrayon şənliyi keçirilib. Şənlikdə idarə, müəssisə və təşkilatların kollektivləri, ağsaqqallar, rayon ictimaiyyəti və şəhərə gələn qonaqlar iştirak edib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına əsasən, Ululuq və ağsaqqallıq rəmzi sayılan “Dədə Qorqud”, yazın müjdəçisi olan “Bahar qız” mərasimdə qəbələliləri təbrik edərək xalqımıza yeni ildə bol ruzi-bərəkət və əmin-amanlıq arzulayıb.

Qədim ənənələrimizin canlandırıldığı teatrlaşdırılmış Novruz şənliyində “Dədə Qorqud” bayram tonqalını yandırmaqla bu şad gündə el-obanı birliyə, həmrəyliyə dəvət edib. 

Təşkil olunmuş sərgidə rayonun xalq sənətkarları tərəfindən hazırlanan əl işləri, dekorativ tətbiqi-sənət və rəsm nümunələri, eləcə də bayram şirniyyatları və Novruz xonçaları nümayiş olunub. 

Bayram mərasimində sərgilənən çoxəsrlik etnoqrafik milli-mənəvi mədəniyyət irsini, qədim milli adət-ənənələrimizi özündə əks etdirən folklor qruplarının ifası və milli musiqi nömrələri tədbir iştirakçılarının böyük marağına səbəb olub. Həmçinin tədbirdə yeniyetmə və gənc idmançılar müxtəlif idman növləri üzrə hərəkətlər nümayiş etdiriblər.
Novruz atributları ilə bəzədilən parkda keçirilən bayram tədbiri rayonun mədəniyyət işçilərinin hazırladıqları maraqlı konsert proqramı ilə davam edib. 


Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO