Ağstafa rayonunda yeni modul tipli məktəb quraşdırılır - FOTO

Ağstafa rayonunda yeni modul tipli məktəb quraşdırılır - FOTO

Hazırda oxunan: Ağstafa rayonunda yeni modul tipli məktəb quraşdırılır - FOTO

126346

Ağstafa rayonunun Köçvəlili kəndində quraşdırılan modul tipli məktəb binası yaxın zamanlarda müəllim və şagirdlərin istifadəsinə veriləcək. 

Bu barədə Bizim.Media-nın yerli bürosuna Ağstafa rayon icra hakimiyyətindən məlumat verilib. 

Bildirilib ki, 132 şagird yerlik, müasir tələblərə cavab verəcək məktəb binası kitabxana, sinif, müəllim və texniki otaqlarından ibarət olacaq.

Modul tipli olan məktəb binasına həmçinin mərkəzi nəzarət kameraları və isitilik sistemi quraşdırılır. Bina su və kanalizasiya xətləri ilə təchiz olunub. Binanın ümumi ərazisi 6400 kvadrat metrə yaxındır.12 sinif kabinetindən ibarət olacaq yeni məktəb binası müasir texnologiyalarla tam təchiz olunacaq. 
Məlumat üçün bildirək ki, ötən əsrin 60-cı illərində inşa olunan Rafiq Alıcanov adına Köçvəlili kənd orta məktəbi köhnəldiyindən burada dərslərin keçirilməsi və müasir tədris qaydaları ilə tətbiqi üçün heç şərait olmadığından Azərbaycan Elm və Təhsil Nazirliyi tərəfindən kənd ərazisində yeni, müasir tipli modul məktəbin inşası barədə qərar qəbul olunub. 








Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO