Bakıda ər arvadının sifarişi ilə öldürüldü - TUTULANLAR VAR

Bakıda ər arvadının sifarişi ilə öldürüldü - TUTULANLAR VAR

Hazırda oxunan: Bakıda ər arvadının sifarişi ilə öldürüldü - TUTULANLAR VAR

126342

Xəbər verildiyi kimi martın 16-sı saat 00:05 radələrində 1993-cü il təvəllüdlü Əli Seyidlinin paytaxtın Sabunçu rayonunda yaşadığı fərdi yaşayış evinin qarşısında öldürülməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Sabunçu rayon prokurorluğu yayıb.

Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində  cinayət əməlinin zərərçəkmişin arvadı 2000-ci il təvəllüdlü Əzizə Seyidovanın təşkilatçılığı ilə 1981-ci il təvəllüdlü Mehdi Məmmədov, 1988-ci il təvəllüdlü Elnur Əliyev və 1995-ci il təvəllüdlü Bəxtiyar Fərzəliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd olunan şəxslər şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda ibtidai istintaq davam etdirilir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO