SOCAR-ın prezidenti gənc istedadlarla görüşdü - FOTO

SOCAR-ın prezidenti gənc istedadlarla görüşdü - FOTO

Hazırda oxunan: SOCAR-ın prezidenti gənc istedadlarla görüşdü - FOTO

126334

Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində (SOCAR) Gənc İstedadlar Proqramına (GİP) seçilmiş gənclərlə görüş təşkil olunub.

Bizim.Media xəbər verir ki, tələbələr öncə SOCAR-da Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgi və Azərbaycan Nefti sərgisi ilə tanış olublar.

Daha sonra GİP-də iştirak edən tələbələrlə SOCAR-ın prezidenti Rövşən Nəcəfin görüşü keçirilib.

GİP-in iştirakçılarını təbrik edən Rövşən Nəcəf şirkətin korporativ hədəflərinə çatmasında istedadlı gənclərin rolundan və əhəmiyyətindən bəhs edib.
Proqramın bundan öncəki qaliblərinin nailiyyətləri ilə bağlı çıxışlarından sonra, görüş müzakirələr formatında davam etdirilib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO