Xankəndi-Laçın yolundan keçən avtomobillərin sayı 36-ya çatdı - YENİLƏNİB

Xankəndi-Laçın yolundan keçən avtomobillərin sayı 36-ya çatdı - YENİLƏNİB

Hazırda oxunan: Xankəndi-Laçın yolundan keçən avtomobillərin sayı 36-ya çatdı - YENİLƏNİB

126324

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 23 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. 

Bizim.Media xəbər verir ki, toplanış yerində nəqliyyat vasitəsinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub. 

Belə ki, 1 yük avtomobili Laçından Xankəndi,  2 minik və 20 yük maşını isə əks istiqamətə maneəsiz hərəkət ediblər.
Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır. 

Bununla da bu gün Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 36-ya çatıb.

*** 09:29

Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus bir təminat, bir tibbi yardım maşını və bir minik avtomobili aksiya ərazisindən maneəsiz keçib.

Bizim.Media xəbər verir ki, bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. 

Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO