Prezident və xanımının Talış kəndi sakinləri ilə səmimi söhbətindən GÖRÜNTÜLƏR - VİDEO 

Prezident və xanımının Talış kəndi sakinləri ilə səmimi söhbətindən GÖRÜNTÜLƏR - VİDEO 

Hazırda oxunan: Prezident və xanımının Talış kəndi sakinləri ilə səmimi söhbətindən GÖRÜNTÜLƏR - VİDEO 

126301

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Arzu Əliyeva martın 18-də Tərtər rayonunun Talış kəndində görülən işlərlə tanış olublar. 

Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və Arzu Əliyeva səfər çərçivəsində kənd sakinləri ilə görüşüb söhbət ediblər. 

Söhbət səmimi anlarla yadda qalıb: 

Prezident İlham Əliyev: Qarşıdan gələn bayram münasibətilə və Talış kəndinə qayıtmağınız münasibətilə sizi ürəkdən təbrik edirəm. 

Sakinlər: Çox sağ olun. 

Prezident İlham Əliyev: Biz qayıtmışıq, əbədi burada yaşayacağıq. 
Qadın sakin: İnşallah. 

Prezident İlham Əliyev: Baxın, bu Talış kəndinin birinci mərhələsidir. Görün nə qədər gözəldir. Göz oxşayır bütün binalar. 

Sakinlər: Allah Sizi qorusun, Allah Sizə dəyməsin. 

Prezident İlham Əliyev: Yəqin ki, uzağı bir ildən sonra qalan bütün 158 ev də tikiləcək. 

Sakinlər: Allah Sizə ömür versin. 

Prezident İlham Əliyev: Burada mindən çox insan yaşayacaq. Ondan sonra minlərlə insan yaşayacaq. 

Sakinlər: İnşallah. 

Prezident İlham Əliyev: Biz öz doğma torpaqlarımıza qayıtmışıq, qan tökərək, şəhidlər verərək. Allah bütün şəhidlərimizə rəhmət eləsin. 

Sakinlər: Amin. 

Prezident İlham Əliyev: Onların qanı bahasına biz gəlmişik, sizi də gətirmişik. Siz də artıq iki gündür ki, buradasınız, bilirəm. 

Sakinlər: Çox sağ olun, təşəkkür edirik. 

Prezident İlham Əliyev: Məşğulluqla bağlı, ictimai işlərdə işləməklə bağlı, dövlət işində işlə bağlı bütün məsələlər həll olunub. Qarabağ cənnətdir. 

Qadın sakin: Azərbaycandır! 

Prezident İlham Əliyev: Azərbaycandır! 

Sakinlər: Şəkil çəkdirək. 

Prezident İlham Əliyev: Hə, gəlin çəkdirək. 

Kişi sakin: Çox sağ olun, Allah canınızı sağ eləsin. Bizə bu cür şərait yaratdığınız üçün Sizə minnətdarıq. Allah Sizə ömür versin. 

Prezident İlham Əliyev: Harada yaşayırdınız? 

Kişi sakin: Bərdə rayonunda. İndi isə öz kəndimizdəyik. Allah canınızı sağ eləsin. 

 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO