SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq

Hazırda oxunan: SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq

126280

Dumanlı hava şəraiti ilə əlaqədar bəzi yerlərdə görünüş məsafəsi 200-500 metrədək məhdudlaşıb. 

Bizim.Media xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. 

Hazırda Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur. Duman sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir. 

O qeyd edib ki, küləksiz havada yer səthi effektiv əks şüalanma nəticəsində soyuyur və buna görə də, yerüstü hava qatında duman əmələ gəlib: 

"Naxçıvan, Culfa, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Balakən, Şəki, Qax, Qrız, Lerik, Bakı, Sumqayıt, Maştağa, Binə, Pirallahı, Neft Daşlarında da duman müşahidə olunur və görünüş məsafəsi 200-500 metrədək məhdudlaşıb."
G.Məmmədova qeyd edib ki, dumanlı hava şəraitinin martın 21-dək fasilələrlə davam edəcəyi gözlənilir. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO