Ordumuzun kadr orqanı işçiləri ilə keçirilən təkmilləşdirmə kursu BAŞA ÇATDI - FOTO 

Ordumuzun kadr orqanı işçiləri ilə keçirilən təkmilləşdirmə kursu BAŞA ÇATDI - FOTO 

Hazırda oxunan: Ordumuzun kadr orqanı işçiləri ilə keçirilən təkmilləşdirmə kursu BAŞA ÇATDI - FOTO 

126249

Azərbaycan Ordusunda kadr orqanı işçilərinin nəzəri biliklərinin və praktiki vərdişlərinin daha da yüksəldilməsi məqsədi ilə keçirilən təkmilləşdirmə kursu başa çatıb. 

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda qadınlar hərbi xidmətə çağrıla bilərmi? – ARAŞDIRMA  


Bildirilib ki, Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda təşkil olunan sınaq imtahanın sonunda buraxılış mərasimi keçirilib. 

Mərasimdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Buraxılış mərasimində çıxış edən Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini - Kadrlar İdarəsinin rəisi general-mayor Elçin Xəlilov kadr orqanı işçilərinin təkmilləşdirilməsi, bu sahədə nailiyyətlərin əldə edilməsi üzrə Azərbaycan Ordusunda aparılan işlərdən danışıb. 

İdarə rəisi qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu sahəsində həyata keçirilən islahatlar müasir tələblər çərçivəsində təkmilləşdirilir. 

Sonra general-mayor E.Xəlilov kurs iştirakçılarını qarşıdan gələn Novruz bayramı münasibətilə müdafiə naziri general-polkovnik Zakir Həsənovun adından təbrik edib, onlara gələcək xidməti fəaliyyətlərinə dair tövsiyələrini verərək uğurlar arzulayıb. 
Qeyd edək ki, kurs müddətində dinləyicilərə Azərbaycan Ordusunda müasir innovativ metodlardan istifadə etməklə uğurlu kadr siyasətinin reallaşdırılması haqqında mühazirələr oxunub. Şəxsi heyətin uçotunun aparılması və təltif edilməsi, onlara fəxri adların və mükafatların verilməsi qaydaları öyrədilib. 

Bundan əlavə hərbi xidmətə qəbul, planlı şəkildə yerdəyişmə (rotasiya), ehtiyata və istefaya buraxılma qaydaları, həmçinin hərbi qulluqçuların sosial məsələləri və xidmətlə bağlı digər zəruri mövzularda məşğələlər keçirilib. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO