Mikayıl Cabbarov rektorları nazirliyə çağırdı...

Mikayıl Cabbarov rektorları nazirliyə çağırdı...

Hazırda oxunan: Mikayıl Cabbarov rektorları nazirliyə çağırdı...

126181

Martın 11-də Təhsil Nazirliyində kollegiya iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindənxa0xa0verilən məlumata görə, tədbirdə kollegiya üzvləri ilə yanaşı, nazirliyin məsul işçiləri, müvafiq struktur bölmə və şöbələrin rəhbərləri, ali təhsil müəssisələrinin rektorları iştirak ediblər.

Kollegiya iclasında ali təhsil müəssisələrinə 2016-2017-ci tədris ili üçün tələbə qəbulu yerlərinin proqnozlaşdırılması, formalaşdırılması və təkmilləşdirilməsi, “Thomson Reuters”x9d elmi məlumat bazasından səmərəli istifadənin təşkili məsələləri müzakirə edilib.

İclasda kolleclərin ali təhsil müəssisələrinin nəzdinə verilməsi ilə orta ixtisas təhsili müəssisələrinin strukturunun rasionallaşdırılması, ali təhsil müəssisələrinin 2014-2015-ci illər üzrə akkreditasiyalarının nəticələri, xarici vətəndaşların Azərbaycanda təhsilinin genişləndirilməsi istiqamətində ali təhsil müəssisələri tərəfindən tədbirlərin hazırlanması və həyata keçirilməsi ilə bağlı mövzulara toxunulub.

Sonra nazirliyin aidiyyatı qurumları rəhbərlərinin kollegiya iclasının gündəliyindəki məsələlərlə bağlı məruzələri dinlənilib,xa0 təklif və tövsiyələr səsləndirilib.

Təhsil naziri Mikayıl Cabbarov kollegiya iclasında çıxış edib. Nazir hər bir məruzə olunan mövzu ilə bağlı şərhlər verib. Təhsil nazirixa0 bu il ali təhsil müəssisələrində qış imtahan sessiyalarının şəffaf keçdiyini, cəmiyyət tərəfindən razılıqla qarşılandığını vurğulayıb.

Ali təhsil müəssisələrində işgüzar mühitin, tədris etikasının, tələbə-müəllim münasibətlərinin möhkəmlənməsinin mühüm əhəmiyyət kəsb etdiyini xa0bildirən nazir bütün bunların təhsilin inkişafı baxımından vacib olduğunu qeyd edib.

Daha sonra Mikayıl Cabbarov Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribovu yeni təyinat münasibətilə kollegiya üzvləri adından təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO