“Caliber”dən azərbaycanlılara qarşı etnik təmizləmələr barədə tarixi arayış - VİDEO 

“Caliber”dən azərbaycanlılara qarşı etnik təmizləmələr barədə tarixi arayış - VİDEO 

Hazırda oxunan: “Caliber”dən azərbaycanlılara qarşı etnik təmizləmələr barədə tarixi arayış - VİDEO 

126163

1987-ci ilin payızında SSRİ-də o zamankı Ermənistan SSR-nin Qafan və Meqri rayonlarından olan azərbaycanlıların simasında ilk qaçqınlar meydana çıxdıqda bu xəbərlərə inanmaq elə də asan deyildi. 

Bizim.Media xəbər verir ki, bu barədə “Caliber” layihəsinin “YouTube” kanalında yayımlanan yeni süjetdə bildirilir. 

“Azərbaycanlıların tarixi Zəngəzur torpaqlarından qovulmasının ilk siqnalı akademik Abel Aqambekyanın 16 noyabr 1987-ci il tarixli qalmaqallı çıxışı olub.

“Alim” Parisdəki “İnterkontinental” hotelində yerli erməni diasporunun nümayəndələri görüşündə bildirib ki, Qarabağın Ermənistanla əlaqələri daha sıxdır və bunu nəzərə alaraq o, artıq bölgənin Ermənistan SSR-ə verilməsi ilə bağlı məsələ qaldırıb”, - videomaterialda qeyd olunub. 

Həmçinin, süjetin müəllifləri vurğulayıblar ki, ermənilər illər ərzində həm Qarabağı azərbaycanlılardan təmizləmək, həm də bu torpaqlarda əbədi olaraq qalmaq barədə xam xəyallar qurublar. 
Daha ətraflı “Caliber”in yeni süjetində: 
 



Bizim.Media
Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO